Hadisə

Azərbaycanda iki qardaş yol qəzasına düşüb, biri ölüb, digəri yaralanıb - YENİLƏNİB

23 Mart 2018 21:40
1 Şərh     Baxış: 3 813
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21:40

Lənkəran rayonunun Nərimanabad qəsəbəsində iki qardaş yol qəzasına düşüb.

Milli.Az report.az-a istinadən bildirir ki, "Mercedes" markalı maşının aşması nəticəsində qardaşlardan biri - 1972-ci il təvəllüdlü Abdullayev İlqar Sultan oğlu ölüb, 1965-ci il təvəllüdlü Abdullayev Elnur Sultan oğlu isə yaralanıb.

Onların hər ikisi rayonun Balıqçılar kəndinin sakinləridirlər.

Hadisənin hansı şəraitdə baş verdiyi hələ ki, məlum deyil.

---------

20:50

Lənkəranda yol qəzası olub.

Milli.Az APA-ya istinadən bildirir ki, ilkin məlumata görə, bir nəfər ölüb. Hadisə rayonun Balıqçılar qəsəbəsində qeydə alınıb.

Hələlik adı məlum olmayan ölən şəxsin meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.