Hadisə

Biri azyaşlı olmaqla iki nəfəri sahibsiz it dişləyib

21 Mart 2018 21:40
0 Şərh     Baxış: 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qaxda biri azyaşlı olmaqla iki nəfəri sahibsiz it dişləyib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu gün günorta saatlarında rayonun Ləkit kənd sakini 1989-cu il təvəllüdlü Rəvan Ramazan oğlu Hacıyev sağ budun, Qaxbaş kənd sakini 2010-cu il təvəllüdlü Adil Zaur oğlu Məsimov isə sol ayağın it dişləməsi xəsarəti ilə qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olublar.

MRX-dan verilən məlumata görə, müayinə zamanı hər iki şəxsi yaşadıqları kəndin inzibati ərazisində sahibsiz it dişləməsi məlum olub. Rəvan Hacıyev və Adil Məsimova lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.