Hadisə

Bakıda dəhşətli yanğın baş verib - FOTO

21 Mart 2018 10:00
0 Şərh     Baxış: 6 044
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Sabunçu rayonunda, Pirşağı qəsəbəsi, Məşəl düşərgəsində dəhşətli yanğın baş verib.

Məcburi köçkünlər məskunlaşdığı düşərgədə, səbəbi bilinməyən yanğın nəticəsində köçkünlərin evləri tamamilə yanaraq kül olub.

Milli.Az xeberbiz.az-a istinadən bildirir ki, düşərgədə baş verən yanğın, tanınmış jurnalist, mərhum Zabil Müqabiloğlunun ata evində baş verib. Jurnalistin ata və anası dünyasını dəyişdiyinə görə, bacısı tək yaşayırdı. Bundan öncə də adı çəkilən düşərgədə dəfələrlə yanğın baş verib.

Qonşuların köməyi nəticəsində, azyaşlı və qocalar təxliyə olunublar.

FHN-i yanğının hansı səbəbdən baş verməsini araşdırır.

Hadisə yerindən çəkilən kadırları təqdim edirik.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.