Hadisə

Avtomobili çaya düşən Qarabağ müharibəsi əlili ağır xəsarət alıb - YENİLƏNİB

21 Mart 2018 13:15
0 Şərh     Baxış: 2 143
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

13:15

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə İsmayıllı şəhərində qeydə alınıb.

Şəhərin Cavanşir küçəsinin sakini olan ikinci qrup Qarabağ müharibəsi əlili, 1972-ci il təvəllüdlü Kəbirov Seymur Əkrəm oğlu idarə etdiyi idarə etdiyi "99-HK-143" dövlət nömrə nişanlı "NAZ Lifan" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq körpünün kənarından Əyriçay çayına aşıb.

Avtomobilin 15 metr hündürlükdən çay yatağına düşməsi nəticəsində sürücü Seymur Kəbirov ağır bədən xəsarətləri alıb. Hadisə yerinə cəlb olunan FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri müxtəlif kəsici alətlərdən istifadə etməklə əzilərək deformasiyaya uğramış avtomobili kəsib, onun içərisində sıxılmış vəziyyətdə qalan sürücü Seymur Kəbirovu xilas ediblər. Müharibə əlili ağır kəllə-beyin travması və müxtəlif bədən xəsarətləri aldığı üçün əvvəlcə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına, sonra isə vəziyyəti ağırlaşdığı üçün Bakı şəhərinə aparılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

----------

08:10

İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə İsmayıllı rayonu ərazisində "NAZ" markalı minik avtomobilinin çaya düşməsi barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə zamanı yaralanaraq köməksiz vəziyyətdə qalmış sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılmıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.