Hadisə

Bakıda şəhid lövhəsi təhqir olundu - FOTO

18 Mart 2018 16:49
16 Şərh     Baxış: 2 727
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Xəzər rayonunda Qarabağ şəhidlərinin şərəfinə yerləşdirilmiş xatirə lövhəsi təhqir olunub.

Milli.Az bildirir ki, bu haqda oxu.az-a şəhidlərdən birinin oğlu Cəsarət Aslanov bildirib.

Söhbət Qarabağ döyüşlərində qəhrəmancasına həlak olan üç qardaşdan - Vidadi, Xəqani və Xasil Aslanovlardan gedir.

"Bir neçə gün öncə naməlum şəxs lövhənin önünə qoyulmuş gülləri qıraraq yandırıb. Daha sonra isə o, bir neçə fənəri sındıraraq daş üzərində xaç çəkib", - deyə Xəqani Aslanovun oğlu bildirib.

Baş vermiş hadisə Xəzər rayon Polis Bölməsi tərəfindən araşdırılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.