Hadisə

Azərbaycanda magistral yol çökdü - VİDEO - FOTO

14 Mart 2018 16:38
0 Şərh     Baxış: 1 212

Bakı-Şamaxı-Yevlax magistralında çökmə meydana gəlib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, bir neçə gündür yağıntılı hava şəraitinin davam etməsi nəticəsində Bakı-Şamaxı-Yevlax magistralının 106-cı kilometrliyində çökmə meydana gəlib.

Yolun Şamaxı ərazisində asfalt örtüyündə iri çatlar yaranıb. Avtomobillərin intensiv hərəkət etdiyi yolun bir hissəsi çökmə nəticəsində bağlanıb. 8 saylı yol istismar idarəsinin əməkdaşları əraziyə cəlb olunub.

Firidun Məmmədov - sürücü: "Düzəldirlər də xeyri yoxdur. Yaxşı olardı ki, bu yolun istiqamətini dəyişərdilər".

Rahil Bədəlov - sürücü: "Çətinlik var. Yol sürüşməsidir. Çoxdandır çökür bura. İndi düzəldirlər".

İdarədən, həmçinin bildirildi ki, sürüşmə baş verən yola alternativ olaraq yeni yol çəkilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakı-Şamaxı-Yevlax magistralı çökdü

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.