Hadisə

Azərbaycanda 10 yaşlı uşaq 13 yaşlı qardaşını güllələdi - YENİLƏNİB

14 Mart 2018 12:42
6 Şərh     Baxış: 2 373

12:42

Xaçmaz rayonunda 10 yaşlı E.Şıxıyev tüfənglə ehtiyatsız davrandığından açılmış atəşlə qardaşına xəsarət yetirib.

DİN-dən Milli.Az-a verilən məlumata görə, hadisə martın 13-də Xaçmaz rayonunun İlxıcı kəndində baş verib.

Kənd sakini, 10 yaşlı Emil Şıxıyev yaşadığı evdə tüfənglə ehtiyatsız davrandığından açılmış atəşlə qardaşı, 13 yaşlı Rəvanın bud nahiyəsinə xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilmiş yaralının vəziyyəti qənaətbəxşdir.

Xaçmaz RPŞ-nin əməkdaşalrı tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan "TOZ-20" markalı ov tüfəngi və giliz götürülüb.

----------
11:11

Xaçmaz rayonunda 10 yaşlı uşaq ehtiyatsızlıqdan 13 yaşlı qardaşını güllələyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, nəzarətsiz qalan 10 yaşlı oğlan ehtiyatsızlıqdan o tüfəngi ilə qardaşını vurub.

Azyaşlı dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, uşağın vəziyyəti yaxşıdır.

Fakt bağlı araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    ? · 14 Mart 11:1420

    O tüfəng nə gəzir uşağın əlində?

    Cavab yaz
  • Anonim
    $.$.$. · 14 Mart 12:5100

    babamın da qoşaluləsi var. sənədli subutlu. verib böyuk əmimə. dostu onu elə yerdə gizlədib ki bəlkə öz yadına da duşmur ki hardadır?

    Cavab yaz
  • Anonim
    ana · 14 Mart 13:0200

    Uwaqlara nezaret lazimdi

    Cavab yaz
    • Anonim
      Harlnpasa · 14 Mart 13:4600

      Usaq nedi tufeng nedi

      Cavab yaz
  • Anonim
    alsu · 14 Mart 14:5910

    ay allah ne yaxwi uwaq olmeyib yaziq ata ana bu deqiqe ne qeder pewmandilar ki nece olub tufeng uwagin eline kecib allah isteyib ureyine bawqa heyat ucun tehlukeli orqanlara deymeyib bunada wukur elemek lazimdir

    Cavab yaz
  • Anonim
    şir · 14 Mart 16:4800

    Valideynin səhlənkarlığı bundan da acı nəticələnə bilərdi yenə şükür olsun ki, ALLAH qoruyub!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.