Hadisə

Azərbaycanda ağır qəza: 2 ölü, 2 yaralı - YENİLƏNİB - FOTO

12 Mart 2018 21:15
1 Şərh     Baxış: 3 510
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21:15

Bu gün Salyan rayonunda baş vermiş ağır qəza nəticəsində ölənlərin  kimliyi məlum olub

Milli.Az APA-ya istinadən bildirir ki, bu, 1987-cu il təvəllüdlü Şirəliyev Ruslan Ariz oğlu və onun anası, 1968-ci il təvəllüdlü Şirəliyeva Kəklik Əlimərdan qızıdır.

Faktla bağlı araşdırma davam etdirilir.

---------

19:53

Salyan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Salyanın Peyk kəndi ərazisində qeydə alınıb.

"VAZ 21 015" və "VAZ 2106" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfərin öldüyü, iki nəfərin xəsarət aldığı bildirilir. Hazırda ölənlərin kimliyi dəqiqləşdirilir.

Xəsarət alan Bakı sakini, 1961-ci il təvəllüdlü Kərimova Şərifə Əlimərdan qızı və Salyan rayon sakini, 1983-cü il təvəllüdlü Qaraxanov Pərviz İsa oğlu Şirvan şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

----------
18:51

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Report-a istinadən xəbər verir ki,  hadisə rayonun Qaraçala qəsəbəsinin ərazisində qeydə alınıb. 

Belə ki, "VAZ-2107" markalı avtomobillə "VAZ-21099" markalı avtomobillər toqquşub. İlkin  məlumata görə, qəza nəticəsində iki nəfər hadisə yerində ölüb və biri nəfər ağır bədən xəsarətləri alıb. 

Faktla araşdımalara başlanılıb. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.