Hadisə

"Şahbaz gəzə bilmir, vəziyyəti pisdir" - Girovun qardaşı

12 Mart 2018 17:39
7 Şərh     Baxış: 1 358

Beynəlxalq İnsan Hüquqları Müdafiəsi Komitəsinin rəsmi saytında kəlbəcərli girovlar - Şahbaz Quliyev və Dilqəm Əsgərova işgəncələr verilməsinə dair faktlar göstərilib.

Milli.Az xəbər verir ki, Şahbaz Quliyevin qardaşı İlham Quliyev azvision.az-a açıqlamasında işgəncə faktlarını təsdiqləyib.
O, qardaşının vəziyyətinin pis olduğunu deyib: "Qardaşıma və Dilqəmə işgəncə verilməsindən xəbərim var. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri hər dəfə bizə onların yaxşı olduğunu, nəzarət altında saxlanıldığını deyirlər. Amma mən yaxşı bilirəm ki, onların vəziyyəti pisdir. Deyəsən, bu gedişlə girovların meyitlərini alacağıq. Bu qədər işgəncəyə insan necə dözsün?! Şahbaz son məktubunda xəstə olduğunu, gəzə bilmədiyini yazıb. O, heç yemək yeyə də bilmir. Ödünü çıxarıblar, vəziyyəti çox pisdir".

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. 

İşğal altındakı Dağlıq Qarabağda qurulan qanunsuz "məhkəmə"nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib. 

Milli.Az

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    O · 12 Mart 17:5440

    Allah ozu komek olsun onlara ermenlerin verdiyi iwgenceleri tesevvur etmek biz azerbaycanliliar ucun cetin deyil hemde dehwetdir cox pis oldum Aĺlah yaxinlarina sebir versin amin

    Cavab yaz
  • Anonim
    Ahu · 12 Mart 18:2520

    Biz yaxsi bilirik ki dusmenin elinde olan nece olur. Qirmizi aypara cemiyeti usaq basi allatmasin.

    Cavab yaz
  • Anonim
    Bakili · 12 Mart 18:3111

    Şahbazdan uje bir şahbazliq qalmayib. Dilqemde ondan bewbeter. Men birce weyi anlamiram bunlar kelbecere gedende agillari harda idi goresen ???

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 12 Mart 19:0840

    2 cengaver kimi oqulu mehv etdiler Allah Ermenistani yerle yeksan etsin silsin yer uzunden Pompey kimi silinsin Ermenistan Kashhhh qurtula bilerdiler esirlikden ya ölüm ya azadlik arzu edirem bunlara her gün ölmek dehsetdiiii Allahim ne olar rehm et

    Cavab yaz
  • Anonim
    Nizi · 12 Mart 19:4550

    Hørmetli Milli Az, menim yazdiqim sherhi niye vermirsiz? Mumkunse izah ede bilersiz?

    Cavab yaz
  • Anonim
    Aydlndl · 12 Mart 19:5220

    Iwgenceler esirlere esasen ilk 6 ayda verilir.Gor nece merd igid ogullardl ki onlara hele de iwgence verilir.Meseleden agah olanlar fikrimi tutar

    Cavab yaz
  • Anonim
    eliw · 12 Mart 21:5720

    Ne deyesen ne yazasan admin sozude aqzinda quruyure vallah:((( ogun Azerbaycana gelen ermenini destekleyenler hardadir bit bunada werh yazsinlar gorek bir..:((

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.