Hadisə

Yük və minik avtomobili toqquşub, xəsarət alan var

11 Mart 2018 19:25
0 Şərh     Baxış: 588

Cəlilabadda yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "Shacman" markalı yük maşını ilə "VAZ 2106" markalı minik avtomobili toqquşub.

Nəticədə minik maşınının sərnişini, 1968-ci il təvəllüdlü Vəsilə Əkbərxan qızı Abbasova xəsarət alıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafİ qiymətləndirilir.

Məlumata görə, hadisə " VAZ 2106" markalı minik maşını yol ayrıcında dönən zaman "Shacman" markalı yük maşınının ona çırpılması nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.