Hadisə

Qazaxda 2 balıqçı göldə batdı - YENİLƏNİB

11 Mart 2018 12:27
1 Şərh     Baxış: 1 331

12:27

Ağstafaçay su anbarında batdığı ehtimal olunan şəxsin axtarışları aparılır.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a bildiriblər ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 10 mart 2018-ci il tarixində saat 23:00 radələrində 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlunun və 1978-ci il təvəllüdlü Məmmədov Elşən Rişad oğlunun balıq tutmaq istəyərkən Ağstafaçay su anbarında batdığı ehtimal olunur. Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

-----------

11:47

Qazax rayonunun Böyük Cəfərli kəndi ərazisindəki Didvan gölündə batan balıqçıların kimliyi məlum olub.

Milli.Az report.az-a istinadən bildirir ki, onlar 35-38 yaşlı Ömərov Adil, Mustafayev Elşəndir.

İlkin məlumata görə, balıqçıların olduğu qayıq aşıb. Həmin şəxslərin axtarışları Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri tərəfindən davam etdirilir.

-------

11:06

Qazaxda 2 nəfər suda boğulub.

Milli.Az report.az-a istinadən bildirir ki, onlar Böyük Cəfərli kəndi ərazisindəki Didvan gölündə batıblar. 

Onların balıqçı olduqları bildirilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri cəlb olunub və balıqçıların axtarışlarına başlanılıb. 

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    $.$.$. · 11 Mart 15:1110

    Ay Allah qarşıdan Novruz bayramı gəlir. bu ölumlər intiharlar bədbəxt hadisələr insanı sarsıdır. cox pis təsir edir mənə insanların ölumu. bayramları qara gəldi bəzi ailələrin. kaş ki belə olmazdı. ailələr şad xoşbəx olardılar. Allah rəhmət etsin.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.