Hadisə

Bakıda YANĞIN: sakinlər təxliyə olundu

11 Mart 2018 09:00
0 Şərh     Baxış: 2 478

Bakı şəhəri, Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 60 m² olan mağazanın ümumi sahəsi 10 m² olan köməkçi otağının yanar konstruksiyaları yanıb.

Milli.Az-a FHN-dən verilən məlumata əsasən, yanğın zamanı tüstülənmiş mənzillərdən 25 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Hadisə zamanı xəsarət alan olmayıb. Mağazanın qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.