Hadisə

Şabranda 18 yaşlı oğlanın ölüm səbəbi bilindi

10 Mart 2018 19:04
4 Şərh     Baxış: 1 063

Martın 3-də Şabran RPŞ-nə rayonun Xəlifələr kəndi yaxınlığındakı dağlıq ərazidə bir gəncin meyiti tapılması haqda məlumat daxil olub.

Milli.Az bildirir ki, məlumatla əlaqədar RPŞ-nin əməkdaşları hadisə yerində olub, müvafiq əməliyyat-axtarış tədbirləri keçiriblər. Araşdırmalarla meyitin fevral ayının 26-da itkin düşən 2000-ci il təvəllüdlü Əzimov Elton Siyasət oğluna məxsus olması müəyyən olunub.

Hadisə ilə bağlı Şabran Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılıb.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Şabran RPŞ-in və Rayon Prokurorluğunun əməkdaşları tərəfindən keçirilmiş istintaq əməliyyat tədbirləri ilə E.Əzimovun elektrik cərəyanı vurması nəticəsində öldüyü müəyyən olunub.

Belə ki, Elton Əzimov yaxın qohumları Bəxtiyar Əzimov və Tərlan Əzimov ilə birlikdə qabaqcadan əlbir olaraq qusdar üsulla hazırladıqları kəsici alətlə kənd ərazisindən keçən yüksək gərginlikli elektrik naqillərini kəsən zaman ehtiyyatsızlıq nəticəsində elektrik cərəyanı vurması nəticəsində həyatını itirib. Qohumları E.Əzimovun öldüyü görərək onu meşəlik ərazidə atıb gediblər.

Keçirilmiş tədbirlərlə hər iki şəxs polis tərəfindən tutularaq istintaqa təhvil verilib və rayon məhkəməsi tərəfindən barələrində həbs qətimkan tədbirləri seçilib. Hazırda faktla bağlı zəruri istintaq tədbirləri davam etdirilir.

Milli.Az

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    !!!!!!!!! · 10 Mart 19:3110

    evveller ana dili kitabinda ,,iki yoldaw,, hekayesi var idi. Yoldawi darda qoyub qacan o biri yoldawindan soruwur; ,,ayi sene ne dedi?; (ayi bu yoldawi olmuw bilib getmiwdi) bu yoldaw cavabinda; vefasiz, yoldawi darda qoyub qacan adamla yoldawliq etme; demiwdi. Bu yazini oxuyanda hemin hekaye yadima duwdu.

    Cavab yaz
  • Anonim
    Virus · 10 Mart 21:1100

    He vallah onu niye çıxardıblar detslikden yaxşıdı ıbratamiz

    Cavab yaz
  • Anonim
    Yağmur-S · 10 Mart 22:4600

    Kül rza kimi qohumun başına( kinoda deyilir) beli kül bele qohumun başınaki atıblar .utanmadan hele axtarışındada iştirak edibler

    Cavab yaz
    • Anonim
      $.$.$. · 11 Mart 12:1000

      vicdansız qohumlar. daha olan olub . qacıb nə etdiniz? cəzanızı daha da artırdınız.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.