Hadisə

Azərbaycanlı aparıcını tanımadığı kişi küçədə döydü

10 Mart 2018 11:20
13 Şərh     Baxış: 7 443
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keçmiş aparıcı Sevinc Camalova bir kişi tərəfindən küçənin ortasında döyülüb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Sevinc bu haqda özü xəbər yayıb. 

O bildirib ki, hazırda bunla bağlı polisə müraciət edib:

"Günorta Muradı (oğlu - red.) bağçadan götürməyə getmişdim. Maşını saxlayıb bağçaya tərəf gedirdim ki, tanımadığım bir şəxs avtomobili saxlayıb məni nalayiq sözlərlə təhqir etməyə başladı. Hədə-qorxu gəlirdi ki, məni döyəcək. Bir müddət qışqırdıqdan sonra başa düşdüm ki, maşınıma görə məni söyür. Deyirdi, bu küçədə saxlama. Camaat yığışdı, bu kişi cumdu mənim üstümə və məni üzümdən vurdu. Bəli, vurdu. Bu, gunorta vaxtı, küçənin ortasında baş verib. Polisə müraciət etmişəm, nəticəni gözləyirəm. Bu məsələnin axırına gedib çıxacam".

S.Camalova hadisənin Nərimanov rayonunda baş verdiyini əlavə edib:

"Puluna və vəzifəsinə arxalanıb, məni tək görüb bunu etdi. Amma respublikamızda dərəbəylik deyil. Hər şey həllini tapacaq".

Qeyd edək ki, Sevinc ATV və "Space" kanalında aparıcı kimi çalışıb. O, uzun müddətdir işindən uzaqlaşıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.