Hadisə

Bakıda bədbəxt hadisə - uşağın qarnına mil batıb - YENİLƏNİB - VİDEO - FOTO

23 Fevral 2018 21:42
2 Şərh     Baxış: 3 979
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21:42

Bakıda bir yaşlı uşağın qarnına mil batıb.

Milli.Az bildirir ki, körpə evdə təkbaşına mil ilə oynayarkən onu qarnına batırıb. İti uclu alət uşağın qarın boşluğuna keçib və daxildə xəsarətlərin yaranmasına səbəb olub. Yad cisim batdığı yerdən çıxarılmadan körpə dərhal xəstəxanaya çatdırılıb.

Cərrah Fuad Hüseynov deyir ki, uşaq dərhal əməliyyata alınıb və yad cismin çıxarılması istiqamətində işlər görülüb.

Mütəxəsisslər belə xoşagəlməz halların baş verməməsi üçün valideynləri daha diqqətli olmağa, həmçinin kəsici və iti uclu alətləri uşaqlar üçün əlçatan yerlərə qoymamağa çağırırlar. /xezerxeber.az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda bədbəxt hadisə - uşağın qarnına mil batıb 

---------

11:32

Azərbaycanda 1 yaşlı uşağın qarnına toxumaq üçün istifadə olunan mil girib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Mərkəzi Klinikanın Uşaq Cərrahiyyəsi və Urologiyası Uzmanı Op.Dr.Fuad Hüseynov Facebook səhifəsində paylaşım edib.

Həkim bildirib ki, uşaq milin üstünə yıxılıb: "Uşağın ailəsi təcili bizə müraciət etdi. Müayinə zamanı milin göbək üstündən batdığını gördük və uşaq təcili əməliyyata alındı. Əməliyyat zamanı milin nazik bağırsağı və bağırsağı qidalandıran damarları deşdiyini və buna bağlı daxili qanaxma olduğunu gördük . Mili çıxardıq ,bağırsaqdakı dəlikləri tikdik və qanaxmanı dayandırdıq. İki gün sonra dəcəcl balamızı tam sağlam evlərinə yola saldıq".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.