Hadisə

Lənkəran sakini yenot tutub

19 Fevral 2018 20:00
0 Şərh     Baxış: 2 639
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəran rayon sakini yenot tutub.

Milli.Az APA-ya istinadən xəbər verir ki,  daha çox meşə ərazisində rast gəlinən bu heyvanı rayonunun Separadi kənd sakini Tarverdi Məmmədov həyətyanı sahəsində gecə saatlarında görüb. O, itlərin hürüşməsi ilə əlaqədar həyətə düşdükdə bu canlı ilə rastlaşıb.

İtlər heyvana həm zərər verməsin deyə T. Məmmədov yenotu götürərək saxlayıb və daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarına bu barədə məlumat çatdırıb. Yenot Hirkan Milli Parkına təhvil verilib.

Qeyd edək ki, su hövzələrinin yaxınlığındakı ağaclıq ərazilərdə yaşamağı sevən yenotlar gündüzlər yatır, gecələr isə yem axtarmağa çıxırlar. Yenotlar su yollarının, göllərin və bataqlıqların ətrafında yaşayırlar və su içmək üçün gələn heyvanları ovlayırlar. Eyni zamanda, onlar quş, yumurta, böcək və sürünənlərlə də qidalanırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.