Hadisə

20 yaşlı qadın dərmandan zəhərləndi

18 Fevral 2018 10:42
1 Şərh     Baxış: 1 240
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gədəbəy rayonunda psixoloji problemləri olan qadın dərmandan zəhərlənib.

Milli.Az-ın report-a istinadən məlumatına görə, hadisə İnəkboğan kəndində baş verib. 

Kənd sakini, 1998-ci il təvəllüdlü Sevinc Abbasova istifadə etdiyi həbləri həddindən artıq çox qəbul etdiyindən zəhərlənib. Ağır halda xəstəxanaya yerləşdirilən qadına tibbi yardım göstərilib. Onun vəziyyəti orta ağırdır. 

Yaxınları qadının psixoloji problemlərinin olduğunu və bu səbəbdən əsəbə qarşı dərman preparatlarını normadan artıq qəbul etdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.