Hadisə

Sevdiyiylə görüşdü, qızın qohumları tərəfindən döyüldü - Sevgililər günündə

15 Fevral 2018 15:10
7 Şərh     Baxış: 2 839
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt şəhərində Sevgililər günündə sevgilisi ilə görüşən 17 yaşlı oğlan qızın qohumları tərəfindən döyülüb.

Milli.Az report-a istinadən xəbərinə görə, hadisə  fevralın 14-də şəhərin 15-ci məhəlləsində baş verib.

Belə ki, 15-ci məhəllədə yerləşən yataqxanaların birində yaşayan, 2001-ci il təvəllüdlü Nicat Əli oğlu Hüseynov naməlum şəxşlər tərəfindən döyülüb. Ağır bədən xəsarətləri alan gənc oğlan Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxansına çatdırılıb.

Məlumata görə, N.Hüseynov sevdiyi qızla görüşən zaman qızın qohumları tərəfindən döyülüb. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.