Hadisə

Cəbhədən XƏBƏR VAR

14 Fevral 2018 09:08
8 Şərh     Baxış: 1 109

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 129 dəfə pozub.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Məzəm, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Baş Qərvənd, Cəvahirli, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

8 Şərh:

  • Anonim
    !!!! · 14 Fevral 09:4690

    Allah bütün əsgər və zabitlərimizi qorusun! Bu gün Hərbi Hava Qüvvələri günüdür. Allah səmadakı şahinlərimizi pənahında saxlasın. Amma nəsə yada düşmür deyəsən bu gün.

    Cavab yaz
    • Anonim
      .. ه · 14 Fevral 10:0680

      Allah zabit ve esgerleri qorusun...! Valentin gunu ondan daha vacibmiw....

      Cavab yaz
      • Anonim
        Şems * · 14 Fevral 10:4780

        Amin!

        Cavab yaz
        • Anonim
          semse * · 14 Fevral 12:1630

          Amin, Sems*

          Cavab yaz
  • Anonim
    melek b · 14 Fevral 09:5570

    Allah esgerlerimizi qorusun.AMIN

    Cavab yaz
  • Anonim
    Dilek · 14 Fevral 10:5570

    Allah bütün esgerlerimizi daima qorusun.Amin.InşaAllah.

    Cavab yaz
  • Anonim
    Dilek · 14 Fevral 11:2520

    Zehmet olmasa şerhimi verin.

    Cavab yaz
  • Anonim
    Бакы · 14 Fevral 13:3140

    Amin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.