Hadisə

Azərbaycanlı futbolçunun 18 yaşlı qardaşı maşında öldü - FOTO

13 Fevral 2018 14:13
1 Şərh     Baxış: 5 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən mövsüm futbol üzrə Azərbaycan çempionatının birinci divizionunda çıxış edən "Şahdağ" klubunun futbolçusu Musa Musayevin qardaşı Tacir Musayev vəfat edib.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, bu barədə saytımıza açıqlamasında Musayevin özü məlumat verib. Onun sözlərinə görə, Tacirin sinif yoldaşı ilə maşında gedərkən qəfildən ürəyi dayanıb. O, dərhal xəstəxanaya aparılsa da, yolda keçinib. Futbolçunun sözlərinə görə, 18 yaşlı Tacirin hər hansı bir xəstəliyi olmayıb.

Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilir. Lakin dəqiq cavab 15 gün sonra ekspertizanın rəyindən sonra bilinəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.