Hadisə

Astarada 2 nəfərin öldüyü dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ - VİDEO - FOTO

13 Fevral 2018 13:20
2 Şərh     Baxış: 1 571

Astaranın Vaqo kəndi ərazisində "VAZ 2106" və "VAZ 2107" markalı avtomobillərin toqquşması yol nəqliyyat hadisəsinə səbəb olub.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, nəticədə 3 nəfər ağır xəsarət alıb.

Onlardan Miki kənd sakini, 54 yaşlı Cabbar Nəsirov Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib. Digər yaralı "VAZ 2106" markalı avtomobilin sürücüsü Rasim Məmmədov isə xəstəxanada vəfat edib. Abbas Məmmədovun vəziyyəti isə ağır qiymətləndirilir.

Dünyasının dəyişən Cabbar Nəsirov və Rasim Məmmədovun meyti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şəhər Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Astarada 2 nəfərin öldüyü dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

2 Şərh:

  • Anonim
    nino · 13 Fevral 14:0910

    ölənlərin Allah rəhmət eləsin qəza xəbəri eşidəndə çox pis oluram .Mənim atam sürücü idi qəza baş verdi sərnişin öldü

    Cavab yaz
  • Anonim
    nino ya · 13 Fevral 15:4810

    ALLAH ataniza rehmet elesin .

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.