Hadisə

"Bayılda böyük yarğanlar yaranıb" - Nazirlik

13 Fevral 2018 10:56
3 Şərh     Baxış: 2 000
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda Bayıl sürüşmə zonasında müşahidələr, mühəndis araşdırmaları aparılır, sürüşmə aktiv fazadadır, davam edir.

Milli.Az xəbər verir ki, bunu report-a açıqlamasında ərazidə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, hazırda sürüşmə olan əraziyə getmək olmaz: "Ərazidə 20-30 metrlik böyük yarğanlar var. Hazırda orada topoqrafik işlər aparılır. Hazırda əraziyə mayak qoymaq və başqa işlər görmək mümkünsüzdür".

Ekspedisiya rəisi qeyd edib ki, Zığ, Masazır qəsəbəsindəki "Zəli gölü", Nübar qəsəbəsidə olan sürüşmə sahələrində də aktivləşmə var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.