Hadisə

73 yaşlı qadın dəm qazından zəhərləndi - VİDEO - FOTO

12 Fevral 2018 18:42
0 Şərh     Baxış: 1 003

73 yaşlı Firuzə Əliyeva hamamda su qızdırıcısının nasazlığı səbəbindən yaranan dəm qazından zəhərlənib.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, qadını huşsuz vəziyyətdə qızı aşkarlayıb. 

Dərhal İsmayıllı rayon Mərkəzi Xəstəxanasının təcili yardım stansiyasına zəng edib. Hadisə yerinə gələn tibb işçiləri xəstəni İsmayıllı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırıblar. 

Həkimlərin səyi nəticəsində qadını həyata qaytarmaq mümkün olub. Hazırda müalicəsi davam etdirilir:

Firuzə Əliyeva (zərərçəkən): "Heç iki dəqiqə çəkmədi. Başıma su da vurmamışdım".

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.