Hadisə

Nazirlik xəbərdarlıq etdi: Bayıla daxil olmaq çox qorxuludur... - YENİLƏNİB

12 Fevral 2018 12:31
3 Şərh     Baxış: 4 712

Bayıl yamacında - Teleqülləninin yaxınlığında artıq çoxsaylı, müxtəlif ölçülü iri çatlar əmələ gəlib.

12:31

Milli.Az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, əvvəl ərazidə eni 1 metr, 1 metr 40 sm, dərinliyi 6-7 metrə çatan çatlar var idi. Amma artıq ərazidə 5, 10, 20 metrlik məsafə ilə çoxsaylı dərin çatlar yaranıb. Çatların görünən dərinliyi 10-12 metrə çatıb:

"Çatlar müəyyən müstəvi boyunca irəliləyiblər. Artıq çatlar elə ölçüdədirlər ki, onun enini ölçmək çox çətin olub. Bu əraziyə hazırda daxil olmaq da çox qorxuludur".

Ə.Qaralov qeyd edib ki, Bayıl yamacında yaranan yeni çatlar qırılma baş verdiyi dərə istiqamətində müşahidə edilir.

Nazirlik rəsmisi əlavə edib ki, sürüşmə sahəsindəki gərginliyin azaldığını demək olmaz.

Onun sözlərinə görə, ərazidə sürüşmənin fəallaşmasını yalnız yağıntılarla əlaqələndirmək düzgün deyil:

"Bu prosesin səbəbini yağışla əlaqələndirmək olmaz. Yağışın bu prosesə təsiri olsa da, o, yalnız təsiredici amillərdən biridir. Bura sürüşməyə meyli ərazi olduğu üçün yamacı kəsmək olmazdı".

-----------

12:01

Bayıl yamacındakı sürüşmə aktiv fazadadır. Sürüşmə sahəsində 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yaranıb. 

Milli.Az xəbər verir ki, bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. 

O bildirib ki, sürüşmənin baş verdiyi ərazi tez doyan, qumlu-gilli süxurlardan ibarətdir: "Yamacın 45 dərəcəyə qədər meylliliyi var. Layların yatımı yamacın yatımı ilə eyni istiqamətdədir. Bu isə ərazinin sürüşməyə məruz qalmasını stimullaşdırır. Yamac da kəsildikdə proses sürətlənir".   

Ə. Qaralovun sözlərinə görə, sürüşmə prosesinin dayandığını söyləmək olmaz: "Kütlə tam yerinə oturmalıdır ki, proses dayansın". 

Ekspedisiya rəisi qeyd edib ki, Bayıl yamacında sürüşmə ərazisi 6,9 hektar ərazini əhatə edir: "Təhlükəli ərazinin konturları daxilində olan evlərin sayı 106-dır. 90-a yaxın evin sakinləri isə köçürülüb". 

Qeyd edək ki, "Teleqüllə" sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Biz · 12 Fevral 12:3700

    Qaçqınları azad olunmuş torpaqlarımıza qayıtmaq istəyirik.

    Cavab yaz
    • Anonim
      azer · 12 Fevral 18:4810

      yazdiginizi hec oxumusunuz,mektebde oxumamisiniz,bu ne cumledir?

      Cavab yaz
  • Anonim
    Vetendas · 13 Fevral 01:5320

    Yamaclar kesilerken, tikinti aparilarken elaqedar organlar ne isle mesgul idi?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.