Hadisə

Bakı-Moskva aviareysi təxirə salındı

31 Yanvar 2018 15:55
0 Şərh     Baxış: 2 676
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın "Utair" aviaşirkətinin bu gün saat 14:00-da həyata keçirməli olduğu Moskva-Bakı və saat 15:00-a planlaşdırdığı Bakı-Moskva aviareysləri Rusiya paytaxtındakı qarlı hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Milli.Az xəbər verir ki, report bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadən xəbər verir. 

Qeyd edək ki, Moskva aeroportlarında 12 reys təxirə salınıb, 14 reys isə gecikir. O cümlədən Rusiya paytaxtının Şeremetyevo hava limanında 3 reys təxirə salınıb, 11 reys gecikmə ilə həyata keçiriləcək. Domodedovo hava limanında 8 reys təxirə salınıb. Vnukovo hava limanında isə 3 reys gecikir, 1 reys isə təxirə salınıb.

Xatırladaq ki, sinoptiklər güclü qar səbəbi ilə bu gün paytaxtda görmə məhdudiyyətinin olacağı barədə xəbərdarlıq etmişdilər. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.