Hadisə

Lalə qayda pozdu... - Qızını da təhlükəyə atdı - VİDEO

18 Yanvar 2018 15:17
22 Şərh     Baxış: 7 955
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış aparıcı Lalə Əlimuxtarova İnstaqram-da paylaşdığı video müzakirələrə səbəb olub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, sosial şəbəkədə yayımladığı görüntülərdə yol hərəkəti qaydalarını pozduğu məlum olub.

Belə ki, aparıcı 3 yaşlı qızı Melisanı ön oturacaqda əyləşdirib, nə özü, nə də övladına təklükəsizlik kəməri bağlayıb.  Bu məqamda bildirək ki, qanuna uyğun olaraq 12 yaşından aşağı olan uşaqlar xüsusi oturacaqlarda əyləşməlidir. Uşaq oturacaqlarından istifadə etməyən sürücüləri 60 manatlıq cərimə və 3 cərimə balı gözləyir.

Həmçinin, İnzibati Xətalar Məcəlləsinin (İXM) 329.1-ci maddəsinə əsasən, sürücüyə hərəkətdə olan nəqliyyat vasitəsində kəməri bağlamamasına görə ona 40 manat cərimə tətbiq olunur.

Bundan əlavə, Lalə maşın hərəkətdə olan zaman telefonda istifadə edərək qızı və özünü lentə alıb. Qeyd edək ki, İXM-in 342.6 maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə 50 manat məbləğində cərimə nəzərdə tutulur.

L.Əlimuxtarova instaqram hesabında onun videosuna yazılan tənqidi şərhlərə cavab verib. O,  "Əslində biz yol getmirik, məhlədəyik. Əksəriyyəti elə bilir ki, yol gedə-gedə çəkmişəm. Yox, məhlədəyik" - rəyini yazıb. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Lalə qayda pozdu... - Qızını da təhlükəyə atdı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.