Hadisə

Şaxtalı hava sürücülərə çətin anlar yaşatdı - VİDEO - FOTO

17 Yanvar 2018 16:47
0 Şərh     Baxış: 1 856
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gecə saatlarında Bakı-Şamaxı-Ağsu, Muğanlı-İsmayıllı magistrallarında şaxtalı hava səbəbindən hərəkət çətinləşib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, bəzi ərazilərdə avtomobillərin hərəkətində məhdudiyyətlər yaranıb. Xüsusilə də dolaylarda, dumanlı və buzlu yolda sürücülər çətin anlar yaşayıb.

Səhər saatlarından 7 saylı Yol İstismar MMC-nin canlı qüvvəsi və texnikaları əraziyə cəlb olunub. Yollar qardan təmizlənib, qum-duz qarışığı səpilib. Hazırda magistrallarda hərəkət bərpa olunsa da qış şinləri olmayan sürücülərin yola çıxması məsləhət görülmür.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Şaxtalı hava sürücülərə çətin anlar yaşatdı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.