Hadisə

54 yaşlı həkim tərəfindən zorlanan 20 yaşlı qız: "Hekayəmi danışmaqdan qorxmuram" - VİDEO - FOTO

16 Yanvar 2018 13:57
1 Şərh     Baxış: 8 570
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı gimnast Simona Bayls keçmiş yığma komanda həkimi Lari Nassar tərəfindən təcavüzə məruz qaldığını deyib.

Milli.Az xəbər verir ki, 2016-cı il Rio Olimpiya oyunlarında 4 qızıl medal qazanan 20 yaşlı qız həkim haqqında bu cür iddia irəli sürən ilk idmançı deyil. Baylsdan öncə Qabbi Duqlas, Makkayla Maronet və Ali Raysman da Nassarı təcavüzdə ittiham etmişdi. 

Sosial şəbəkə hesabında bu haqda açıqlama verən Simona yazıb:

"Hekayəmi danışmaqdan qorxmuram. Bu idmanı çox sevirəm və heç vaxt ondan əl çəkməyəcəm. Belə adamların mənim sevgimi oğurlamasına icazə verməyəcəm".

Nassar 1998-2015-ci illər arasında 3-ü 13 yaşdan aşağı ümumi 7 gənc qıza tibbi yardım zamanı təcavüz etdiyini qəbul edib. Bu səbəbdən keçən il 60 illik həbs cəzası alıb. 

Kamil Abbas
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

54 yaşlı həkim tərəfindən zorlanan 20 yaşlı qız:

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.