Hadisə

Avtomobil ağaca çırpıldı - YARALI VAR - YENİLƏNİB - VİDEO - FOTO

16 Yanvar 2018 15:13
0 Şərh     Baxış: 1 378
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:13

Zaqatalada gecə saatlarında bir nəfərin ağır xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 110-cu kilometrliyində qeydə alınıb.

Zaqatala rayonu Əliabad qəsəbə sakini, 56 yaşlı Ruşan Hudulov idarəetdiyi "VAZ 2106" markalı minik avtomobili ilə Qax rayonu istiqamətində hərəkətdə olarkən, Zaqatala-Bakı marşutu ilə hərəkət edən sərnişin avtobusunu ötmək istəyib. Nəticədə ötmə əməliyyatını düzgün yerinə yetirmədiyindən idarəetməni itirərək maşını yolun kənarındakı ağaca çırpıb.

Qəzadan sonra deformasiyaya uğramış avtomobilin sükanı arxasında sıxılmış vəziyyətdə qalan Ruşan Hudulov hadisə yerinə cəlb edilmiş Fövqaladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılıb. Müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Ruşan Hudulov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Travmatik şok vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilən Ruslan Hudulovun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

--------

07:56

Zaqatalada avtomobil ağaca çırpılıb, sürücü yaralanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Zaqatala rayonu, Bəhmətli kəndində "VAZ" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Hadisə zamanı sürücü müxtəlif xəsarətlər almış və avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri yaralını nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Ötməni düzgün etməyən avtomobil ağaca çırpıldı - 1 yaralı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.