Hadisə

Lənkərandakı DƏHŞƏTLİ qəzanın görüntüləri - VİDEO - FOTO

13 Yanvar 2018 13:56
9 Şərh     Baxış: 2 996

Bakı-Lənkəran sərnişin mikroavtobusu qəzaya düşüb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, hadisə bu gün saat 12:00 radələrində Ələt-Astara magistralının Lənkəranın Ürgə kəndi ərazisindən keçən hissəsində baş verib.

Lənkəran-Bakı reysi üzrə hərəkətdə olan "Ford" markalı sərnişin mikroavtobusu "KİA" markalı avtomobillə toqquşub. Toqquşma zamanı mikroavtobus yolun kənarına aşıb, nəticədə mikroavtobusda olan sərnişinlərdən 9 nəfəri xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Qəza zamanı xəsarət alanlar Lənkəran rayonunun Bəliton kənd sakini 58 yaşlı Bəsdiqız Abbasova, onun oğlu, 25 yaşlı Rəşid Abbasov, Lənkəran şəhər sakini, 62 yaşlı Adıgözəl Rzayev, onun həyat yoldaşı, 59 yaşlı Şahnaz Rzayeva, Lənkəran rayonunun Yuxarı Nüvədi kənd sakini, 43 yaşlı İlhamə Hüseynova, Lənkəran rayonunun Vilvan kənd sakini, 18 yaşlı Əli Həsənov, Lənkəran şəhər sakini, 67 yaşlı Namiq Qarayev, Bakı şəhər sakini, 23 yaşlı Samirə Rzayeva və 23 yaşlı Rəşad Rzayevdir.

Ehtiram Qənbərov (Mikroavtobusun sürücüsü): "Saat 12:00 radələrində Bakıya çıxırdım. Göyşəbanın dairəsini keçəndən sona üzü Ürgə kəndinə tərəf gedirdim. Yolun kənarında xarici maşın dayanmışdı. Mən onu ötən vaxtı o, qarşıda döndü. Dönən kimi mən öz maşınımı saxlaya bilmədim, maşın aşdı".

Qeyd edək ki, "KİA" markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Lənkərandakı DƏHŞƏTLİ qəzanın görüntüləri - ARB TV

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

9 Şərh:

  • Anonim
    Aydlndl · 13 Yanvar 14:3202

    Bugun bele hadise olmaylb

    Cavab yaz
  • Anonim
    fs · 13 Yanvar 17:1600

    Allah şefa versin!

    Cavab yaz
    • Anonim
      Aydlndl · 13 Yanvar 18:5700

      Salam kinli qlz

      Cavab yaz
      • Anonim
        fs · 13 Yanvar 21:1100

        Aleykum salam,kinli niye?özünsen

        Cavab yaz
        • Anonim
          Aydlndl · 13 Yanvar 22:5500

          Yaxwl ozumem

          Cavab yaz
          • Anonim
            fs · 13 Yanvar 23:3200

            Ay sağ ol

            Cavab yaz
            • Anonim
              Aydlndl · 13 Yanvar 23:5800

              Gorursen kinlisen?

            • Anonim
              fs · 14 Yanvar 00:5500

              Men kinli olsaydım sene cvb yazmazdım,eybi yox,senin düşüncene göre kinli olum,ne ferqi var ki onsuz.

  • Anonim
    Aydlndl · 14 Yanvar 09:0500

    Yox zarafat etdim.ozumem.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.