Hadisə

Metroda intihara cəhd edən kişi reanimasiyada dünyasını dəyişdi - YENİLƏNİB

12 Yanvar 2018 11:06
41 Şərh     Baxış: 15 336

11:06

Metroda intihara cəhd edən kişi xəstəxanada keçinib.

Milli.Az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə 3 saylı şəhər Klinik Xəstəxanasından məlumat verilib.

Xəstəxanadan bildirilib ki, səhər saatlarında metronun "Qara Qarayev" stansiyasında intihara cəhd edən təxminən 60-65 yaşlı naməlum kişi xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb. Xəstə reanimasiyada dünyasını dəyişib.

Xatırladaq ki, bu gün səhər saat təqribən 09:18-də "Həzi Aslanov" - "Dərnəgül" xətti üzrə hərəkət edən qatar "Qara Qarayev stansiyasına daxil olmaq istəyərkən təxminən 60 yaşlı, əlində əsa olan kişi özünü qatarın altına atmağa cəhd edib.

Maşinistin sayıqlığı nəticəsində intihar cəhdinın qarşısı alınıb. Yaşlı kişi qatara dəyərək platformaya yıxılıb.

---------

10:15

Bakı metrosunda intihara cəhd olub.

Milli.Az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev APA-ya bildirib ki, hadisə 09:18 radələrində  "Qara Qarayev" metro stansiyasında qeydə alınıb.

Belə ki, "H.Aslanov" metrostansiyasından "Dərnəgülə"ə gedən, 28 saylı marşrut üzrə hərəkət edən qatar "Qara Qarayev" metrostansiyasına daxil olanda 60-70 yaşında bir kişi özünü qatarın altına atmaq istəyib.

"Lakin qatar həmin şəxsi vuraraq platformaya atıb, intihara cəhd edən şəxs relslərin üzərinə düşməyib. Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb. İntihara cəhd edən şəxsin vəziyyəti ağırdır", - deyə N.Paşayev vurğulayıb.    

-----------

10:07

Bu gün səhər saatlarında Bakı metrosunda daha bir faciə yaşanıb.

Milli.Az-a hadisə şahidinin verdiyi məlumata görə, "Həzi Aslanov" - "Dərnəgül" xətti üzrə hərəkət edən qatar yaşlı kişini vurub.

İddia edilir ki, kişi intihar etmək istəyib. Lakin tərrəddüd edib. Əvvəl özünü qatarın altına atmaq fikrində olan şəxs son anda fikrini dəyişib. Bununla belə ölümdən xilas ola bilməyib.

Platformaya girən qatar təhlükəsizlik xəttini keçərək önə çıxan kişini vurub. Qatarın güzgüsünün sərt toxunuşu adamın həyatını dəyişməsi ilə nəticələnib.

Milli.Az

Şərh yaz:

41 Şərh:

  • Anonim
    ANAR · 12 Yanvar 10:10111

    BU BİABİRCİLİQA SON VERİLMELİDİR ARTİQ

    Cavab yaz
    • Anonim
      cao · 12 Yanvar 10:1620

      NECE ?

      Cavab yaz
    • Anonim
      Aer · 12 Yanvar 10:51138

      Başa düşmürəm bunlar niyə ictimai yerlərdə intihar edib başqalarınln kefini pozurlar? İntihar böyük günahdır yox elə başına qoymusansa get gizli yerdə intihar et. İctimai yerdə edəndə nə olur ki? Lap əsəbim korlandı

      Cavab yaz
      • Anonim
        Aerə · 12 Yanvar 11:2069

        Nə alçaq adamsan a! Sən insansan? Sən inşallah gizli yerdə ölərsən. Harayına çatan olmaz.

        Cavab yaz
        • Anonim
          Aer · 12 Yanvar 13:0062

          11:20 alçaq sənsən. Mən intihar etsin insanlar demirəm. Sadəcə ictimai yerlərdə edən insanlar digərlərinə pis nümunə olurlar. Bir həftə bundan əvvəl bir oğlan metroda intihar etdi. Bu da ikincisi. Bir azdan kütləvi hal alacaq. Demək istədiyim budur.

          Cavab yaz
          • Anonim
            Aerə · 12 Yanvar 13:1810

            Nervlənmə.

            Cavab yaz
      • Anonim
        Aerə · 12 Yanvar 11:2156

        Allah kefini elə pozsunki heç düzəlməsin.

        Cavab yaz
      • Anonim
        Aerə · 12 Yanvar 11:3448

        Cəhənnəmə korlansın əsəbin

        Cavab yaz
        • Anonim
          Aer · 12 Yanvar 13:0162

          11:34 cəhənnəmə elə birinci özün gedəcəksən

          Cavab yaz
    • Anonim
      Nara · 12 Yanvar 11:2541

      Bu biabirciligdan hele cox ewidessen.camaatin butun psixologiyasi pozulub.ne qeder problem olar

      Cavab yaz
  • Anonim
    Nnn · 12 Yanvar 10:13101

    Bele basa dusdumki 2018Azerbaycanin intihar ili elan olunub

    Cavab yaz
  • Anonim
    ss · 12 Yanvar 10:1550

    Bele olmaz Vallah artiq

    Cavab yaz
  • Anonim
    // · 12 Yanvar 10:1519

    görəsən ordakı nəzarətçilər görmür bəyəm? dəhşət

    Cavab yaz
    • Anonim
      Senan13 · 12 Yanvar 10:30100

      Nezaretçi ne etsin? Onda gerek adambaşına bir nezaretçi olsun ki here bir adamı tutub saxlasın. Ya da stansiyalarda tikanlı meftilden sedd çeksinler ki kimse atlana bilmesin. Nezaretçide elinde silah dayansın. Özünü atanı göyde vursun.

      Cavab yaz
      • Anonim
        Islam · 12 Yanvar 10:38113

        Qaqa onsuzda Azerbaycanda her adam bashina 1 polis dushur de)

        Cavab yaz
  • Anonim
    emil · 12 Yanvar 10:2271

    bakı metropolıtenı bunun qarşısını almag ucun neye cetınlık cekır mısal kımı dubay da olan metroya baxsalar her stansıyada şüşeden duzeldırmiş onlem var qatar stansıyada dayandıgdan sonra o gapılar acılır .Bunu etmek ucun o gederde mebleg teleb olunmur nezere alsag kı bızım metro stansıyaların da dubaydan ferglı olarag magazalardan aylıq gelır var goresen onlar kımın cıbıne gedır?

    Cavab yaz
    • Anonim
      Lala · 12 Yanvar 10:33210

      Ozunu oldurmak istayan oldurecek ya metroda ya masin yolunda ya da binadan atacaq ozunu. Milletin guzarani duzeltmek lazimdir. Qarshisini almagin yolu budur.

      Cavab yaz
  • Anonim
    Aydlndl · 12 Yanvar 10:2614

    Nagil danlwlr

    Cavab yaz
  • Anonim
    ana · 12 Yanvar 10:4351

    Korpulerden atmaq daha bitib deyesen Indi metronu hedef secibler Ay milletim gunahdi O dunyadada Problem hamida var Caliwin agilla qurtulun

    Cavab yaz
  • Anonim
    Amil · 12 Yanvar 11:1790

    Camahat ozun oldurur neycin? Hamisi imkansizdiq uzunden camahatin işi yox pulu yox çarəsi yox ailəsinə baxa bilmir əş problem coxdu demək olmur sadəcə

    Cavab yaz
  • Anonim
    bakili · 12 Yanvar 12:0920

    bele getse metronu bagladacaqlar bu da ehailin veziyyetini pis gune qoyacaq hem de mumkun deyil millet ozunu niye oldurur bunun yolunu tapmaq lazimdir allah seytana lenet etsin olub getmek cixis yolu deyil qoyub getdiyin yaziq deyilmi hele Qubada 77 yaslinda kisi ozunu dagdan atib bu yasda seni ne vadar edir ailesi ile dalasib kecmisde dalasan yox idimi bu qeder yasa get cehenneme ozune qest edenin yeri oradir axi

    Cavab yaz
  • Anonim
    Aer e destek · 12 Yanvar 12:3671

    Duz deyirsiz. Adam gerek bawqalarini da fikirlewsin. Axi bele facieni gorenlerin coxu guclu sarsintilar kecirirler,esebi zeif olan insanlar var.Ne qeder qorxu hissi kecirirler,stresse duwurler,gozlerinin qabaqindan getmir facie ani. Evvela hec kim intuhar etmesin, nece de olsa omrunu yawasin. Yawamaq istemeyen de, insanlardan kenar-uzaq yerlerde intihar etsinler

    Cavab yaz
    • Anonim
      Aer · 12 Yanvar 13:0371

      Bəli mən bunu demək istədim. İntihar günahdır. Ancaq səhv anlayıb məni topa tutdular.

      Cavab yaz
      • Anonim
        Aerə · 12 Yanvar 13:2816

        Demək olmaz ki get gizli yerdə intihar et. Niyə ölməlidir axı kimsə? Gizli yerdə intihar edənin harayına çatıb qurtaran olmur. Meydi hec tapılmır. Əzizləri axtara axtara qalır. Bunu arzulayırsan insanlara?

        Cavab yaz
        • Anonim
          Aer · 12 Yanvar 13:5161

          Mən intiharı dəstəkləmirəm. İntiharı başına qoyan insan onsuz da bunu edəcək. Sadəcə bunu yüzlərlə insanın gözü qarşısında etmə məntiqini anlamlram. İnsanlar bundan narahat olur və təlaş keçirirlər. Kiməsə bunu bəyəm tövsiyyə etdim ki, mənə qarşı hücuma keçdiz. Sabahı heç kəs bilmir nə olacaq

          Cavab yaz
  • Anonim
    11.20 21-e 34-e · 12 Yanvar 12:4250

    Ayib olsun sene ,dediklerin ozune qayitsin. terbiyeni gsterirsen? terbiyesiz....

    Cavab yaz
    • Anonim
      11-20 · 12 Yanvar 13:2206

      Bəli tərbiyəmi göstərirəm. Kiməsə intihar arzulayana səni kimi dəstək vermirəm. Dediklərim insanlara ölüm arzulayanlara getsin birdə sənə. İnsanlara ölüm arzulamayın. O adam bəlkədə intihar etməyib. Bilmədən qatara yaxın gedib. İnsanlar dərd içindədi. Səni kimi aer kimi kef çəkmir.

      Cavab yaz
      • Anonim
        Aer · 12 Yanvar 13:2961

        11:20 Hə hə sən deyəndi..

        Cavab yaz
        • Anonim
          11-20 · 12 Yanvar 13:4703

          Yaxşı. Sən deyən olsun.

          Cavab yaz
      • Anonim
        Aer · 12 Yanvar 13:3161

        Get şərhi təmiz beyinlə oxu dərk elə sonra gəlib cavab qaytararsan. Guya onları müdafiə edirsən də burda

        Cavab yaz
        • Anonim
          Aerə · 12 Yanvar 14:1623

          Sən əvvəl təmiz beyninlə fikirləş sonra yaz. İntihara sövq edən şərh yazma. Hansısa canından bezən sənin sözünü fikirləşib gizli yerdə intihar edə bilər. Çatdı fikrim?

          Cavab yaz
  • Anonim
    11-20-ye · 12 Yanvar 14:0461

    Dediklerin ozune qismet olsun. Gorurem ki,cox dar duwunceli,geri zekali savadsiz birisen. Cunki, fikirnen-arzunu ayira bilmirsen. Mentiqli fikri ,insanlara ölum arzusu kimi anlayirsan,beyinsiz bawinla.yaziqlar olsun sene... aqilsiz olmaq boyuk bedbextlikdir

    Cavab yaz
    • Anonim
      11-20 · 12 Yanvar 14:4800

      Aer, yaxşı başa düşdük. Bir adla yazdın bəsdi. Sən deyilsənsə bu vəkillərini çağır yanına. Bəli ağılsız olmaq böyük bədbəxtlikdir. Sənə yazıgım gəldi. Nə aglın var nə dərrakən nə insanlığın. Sən get inşallah gizlində intihar et.

      Cavab yaz
    • Anonim
      11-20 · 12 Yanvar 14:5101

      12-42də yazdın dincəlmədin? Aer, bu hansı vəkilindi belə bayaqdan dincəlmir? Yoxsa sənsən?

      Cavab yaz
    • Anonim
      14-04ə · 12 Yanvar 14:5601

      Görürəm. Dincələmmirsən. Deyim su gətirsinlər.

      Cavab yaz
  • Anonim
    Aerə · 12 Yanvar 15:0010

    Aer, nə çox fanatların var. Biri dəstək verir sənə, biri bayaqdan sakitləşəmmir sənə söz dedim deyə. Nədi sənə söz demək olmaz? Sən yəni belə müqəddəssən? Fanatların düzülüb cərgəyə burda.

    Cavab yaz
  • Anonim
    Aerə · 12 Yanvar 15:1310

    Aer, sənin və fanatlarının şərhinə niyə eyni sayda like gəlir? Saxtakarlıq yaxşı şey deyil. Səni burda asan kəsən yoxdur ki köməyinə gəlirlər sənin. Bəlkədə özünsən o şərhləri yazan.

    Cavab yaz
    • Anonim
      Aer · 12 Yanvar 16:1141

      Çünki görünür başqaları dərk etdi mənim şərhimi bir səndən başqa. Mən tək öz adımla yazıram. Allah hər şeyi görür.

      Cavab yaz
      • Anonim
        Aerə · 12 Yanvar 16:4911

        Sənin şərhin nə böyük şərhidiki mütləq dərk etmək lazım idi? Aforizmlə, hikmətlə dolu şərh imiş ey bunun şərhi.

        Cavab yaz
        • Anonim
          Aer · 12 Yanvar 17:2741

          Şərhimi anlamaq üçün beynin olmalıdır. Sadə şərhi anlamdınsa aforizm onda heç sənlik deyil

          Cavab yaz
  • Anonim
    fe · 12 Yanvar 23:2520

    bele gedse deyesen metronu baglayacaqlar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.