Hadisə

Quba sakini ailəsi ilə dalaşdı, özünü qayadan atdı

12 Yanvar 2018 10:28
2 Şərh     Baxış: 2 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qubada yaşlı kişi özünü qayadan atıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Dağlı kəndində baş verib. Kənd sakini, 1940-cı il təvəllüdlü Rəşidov Abgül Mürşüd oğlu münaqişə zəminində kənd ərazisindəki yüksəkdə yerləşən qayaya çıxıb və oradan özünü atıb.

A.Rəşidov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.