Hadisə

Bakıdan Tbilisiyə uçan təyyarə bir saata yaxın eniş edə bilmədi

10 Yanvar 2018 12:56
0 Şərh     Baxış: 2 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Güclü külək Tbilisi aeroportunda uçuşların qrafikində gecikmələr yaradıb. 

Milli.Az report-a istinadən xəbər verir ki, bu gün Bakıdan Tbilisiyə uçan təyyarə güclü küləklə əlaqədar bir saata yaxın hava limanında eniş edə bilməyib.

Təyyarənin saat 11:45-də eniş etməsi mümkün olub. Digər reyslərdə də ləngimələr müşahidə olunur. 

Qeyd edək ki, Gürcüstan paytaxtı Tbilisidə dünən gecə boyu davam edən güclü külək ağacları kökündən çıxarıb, elektrik xətlərini və avtomobilləri zədələyib. Gürcüstan paytaxtının bir neçə rayonunda elektrik enerjisi təchizatı məhdudlaşdırılıb. Bundan əlavə, güclü küləyə görə təyyarə uçuşlarını təxirə salmaq zərurəti yaranıb. O cümlədən Tbilisidən Almaniya və Türkiyə istiqamətində iki reys həyata keçirilməyib. Sərnişinlər hava limanında gözləmək məcburiyyətində qalıblar.

Tbilisi Beynəlxalq Hava Limanında küləyin sürəti saniyədə 31 metrə çatıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.