Hadisə

Azərbaycanlı müştərilər erməniləri restorana gəldiklərinə peşman etdilər - FOTO

4 Yanvar 2018 15:34
1 Şərh     Baxış: 5 932
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Tbilisi şəhərində yerləşən "Taglaura" restoranında azərbaycanlılar erməni müştəriləri pərt ediblər. 

Milli.Az baku.ws-yə istinadən xəbər verir ki, bir qrup azərbaycanlı restoranda olarkən ermənilər Qarabağ mahnıları sifariş verib və bu, həmyerlilərimizin qəzəblənməsinə səbəb olub. 

Azərbaycanlılar sözü bir yerə qoyaraq ermənilərin mahnısını yarımçıq kəsdirib. Daha sonra yalnız Azərbaycan mahnıları sifariş verərək oynayıblar. Sonda isə "Sarı gəlin" mahnısı sifariş olunub. Bu zaman əksəriyyəti ermənilərdən ibarət olan müştərilər restoranı tərk ediblər.

Həmyerlilərimiz bu addımla ermənilərə bir növ Azərbaycan musiqilərinin Azərbaycan xalqına məxsus olduğunu göstəriblər. Azərbaycan torpaqlarını işğal edən, həmçinin mədəniyyətimizə, mətbəximizə və musiqimizə göz dikən ermənilər bu dəfə istədiklərinə nail ola bilməyib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.