Hadisə

Maşınların toqquşması nəticəsində xəsarət alanlar var

17 Dekabr 2017 20:24
0 Şərh     Baxış: 912
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-Qazax avtomobil yolunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, yolun Şəmkir rayon Mahmudlu kəndi ərazisindən keçən hissəsində "VAZ-2107" markalı avtomobil ilə "VAZ" markalı başqa bir maşın toqquşub.

Nəticədə 2 nəfər - 1957-ci il təvəllüdlü Gəncə şəhər sakini Usubova Sahibə İsfəndiyar qızı və 1987-ci il təvəllüdlü Nidxun Nadir oğlu İsmayılov müxtəlif bədən xəsarətləri alıb.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalara başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.