Hadisə

Bakıda gənc şair ölümdən döndü - Ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi - FOTO

17 Dekabr 2017 15:34
2 Şərh     Baxış: 4 147
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gənc şair Rəşad Abidoğlu və xalasının ailəsi faciə ilə üzləşib.

Belə ki, evdə baş verən partlayış nəticəsində 3 nəfər ciddi xəsarət alıb.

Milli.Az bildirir ki, ciddi yanıq xəsarətləri səbəbindən xəstəxanada müalicə alan gənc şair pressclub.az-a hadisənin necə baş verdiyini nəql edib. Onun sözlərinə görə, bir neçə gün öncə Maştağa qəsəbəsinə, qohumugilə qonaq gedib.

Deyir ki, saaat təxminən 17:10 olardı, Röyal Qəhrəmanov adlı xalası oğlu ilə evdə oturublar: "Mən mobil telefonumla məşğul idim. Xalaoğlu isə televizora baxırdı. Xalam və yoldaşı isə həyətdə iş görürdü. Çox keçmədi ki, xalamın yoldaşı içəri girdi və evdən qaz iyisinin gəldiyini dedi. Biz hiss etmədiyimizi deyincə, düşündü ki, yəqin, yeni sızmağa başlayıb.

O, mətbəxə keçərək qaz plitəsində qazın hansı gözdən sızdığını müəyyənləşdirmək üçün çaxmağı çevirdi və partlayış.

Şair bildirir ki, xalasının yoldaşı ağır xəsarət alıb, onun özü isə orta ağır. Xalasıoğlu isə nisbətən yüngül xəsarət alıb. Yaralılar təcili yardım maşını ilə 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdiriliblər. Hazırda müalicələri davam edir.

Qeyd edək ki, hadisə dekabrın 7-də baş verib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.