Hadisə

Erməni azərbaycanlı müğənnini qucaqlayıb zülm-zülm ağladı - Sənə qurban olum - FOTO

16 Dekabr 2017 12:37
14 Şərh     Baxış: 7 323
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Onunla öpüşüb, qucaqlaşdıq"

Milli.Az xəbər verir ki, bu sözləri dünən "5/5" verilişində qonaq olan xanım müğənni Nüşabə Ələsgərli illər öncəki bir xatirəsini danışarkan deyib.

Əməkdar artist aparıcıZaur Kamala illərdir gizlətdiyi bir hadisədən danışmaq istədiyini bildirib. 

Nüşabə Ələsgərlinin sözügedən açıqlamasını təqdim edirik:

"Qazaxıstanda konsertimiz var idi. O konsertdən bir şey danışacam. Üstündən illər keçib, ona görə danışıram. Konsert gedirdi, gördüm ki, bir yaşlı qadın çıxdı səhnəyə. Məni öpüb, qucaqladı. Biz də onunla öpüşüb, qucaqlaşdıq. Nə mahnı oxuyuram oynayıb, ağlayır. Arada düşdüm zala, mən onu orada bir daha qucaqlayıb "Xalqımız gərək bir-birini sevsin. Fərqi yoxdur Qazaxıstanda, Azərbaycanda yaşasın" dedim.

Konsert qurtardı, çölə çıxanda gördüm ki, güllərlə məni gözləyir. Dedi "Qızım, sənə qurban olum". Mən də təklif etdim ki, "Xala, gəl də Azərbaycana". Cavab verdi ki, "Mən gələ bilmərəm. Niyəsini soruşanda qayıtdı ki, "Mən Gəncə ermənisiyəm". 

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.