Hadisə

Efirdə azərbaycanlı və erməni arasında əlbəyaxa dava - VİDEO

15 Dekabr 2017 13:00
11 Şərh     Baxış: 8 663
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın "Zvezda" kanalında yayımlanan siyasi tok-şouda azərbaycanlı jurnalist Fuad Abbasovla erməni əsilli rus ekspert Sarkis Çaturyan arasında əlbəyaxa dava olub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, mübahisə erməni ekspertin Türkiyənin Suriyadakı rolu ilə bağlı sərt, təhqiramiz fikirlər səslənərkən yaranıb. 

Fuad Abbasov ekspert kürsüsündə əyləşən Sarkis Çaturyan, Qevorq Mirzoyan və suriyalı həmkarı Aabas Cüməyə yaxınlaşaraq "Mən Türkiyənin Suriya məsələsindəki rolunu kiçildən türklərə fobiyası olan erməni və Suriya əsilli ekspertləri sakitləşdirmək istəyirəm" deyib. 

Bu zaman mübahisə qızışıb və Abbasovla Çaturyan əlbəyaxa dava etməyə cəhd ediblər. Aparıcılar qonaqları ayırıb sakitləşdirməyə çalışarkən Çaturyan jurnalisti hədələyərək "Problem istəyirsənsə, olacaq. Dilinə sahib ol" söyləyib. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Efirdə azərbaycanlı və erməni arasında əlbəyaxa dava

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.