Hadisə

Azərbaycanlıların məskunlaşdığı ərazilərdəki torpaq sahələri Patriarxlığa bağışlandı

7 Dekabr 2017 16:19
2 Şərh     Baxış: 1 878
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan hökuməti ölkə Patriarxlığına torpaq sahələrinin verilməsi ilə bağlı növbəti qərar qəbul edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qərara əsasən, Gürcüstan Patriarxlığına Tbilisinin azərbaycanlıların sıx yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində kənd təsərrüfatı təyinatlı olmayan 1000 kv metr torpaq sahəsi bağışlanıb. 
 
Hökumətin ötən ay qəbul etdiyi analoji qərarla azərbaycanlıların kompakt məskunlaşdığı Marneuli rayonunda kənd təsərrüfatı üçün yararlı olmayan 10151 kv metr torpaq sahəsi də Gürcüstan Patriarxlığına təmənnasız verilib. 
 
Patriarxlığın balansına verilmiş torpaq sahələrinin hansı məqsədlərlə istifadə olunacağı açıqlanmır. Adətən hökumət tərəfindən bağışlanmış torpaq sahələrində Patriarxlıq tərəfindən mövcud məbəd və kilsələr təmir olunur, ya da yeni dini ibadət yerləri tikilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.