Hadisə

Aprel döyüşlərindən sonra erməni ordusunda döyüş sursatları oğurlandı

6 Dekabr 2017 18:48
0 Şərh     Baxış: 1 731
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2016-cı ilin aprelində Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında baş vermiş döyüşlərdən sonra erməni qoşunlarının hərbi hissələrində döyüş sursatlarının itməsi halları qeydə alınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla əlaqədar prokurorluq bir neçə cinayət işi açıb.

Ehtimal olunur ki, silah-sursatı aprel döyüşlərində iştirak etmiş könüllülər özləri ilə aparıblar.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Yerevan sakini Levon Gevorqyan 2016-ci il aprelin 10-dan mayın 19-dək döyüş bölgəsində təlim keçib və qeyri-qanuni olaraq 176 patron ələ keçirib.

Bu patronlar onun mənzilində aşkar olunduqdan sonra barəsində cinayət işi açılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.