Hadisə

Batumidə yanğında xəsarət alanlar arasında azərbaycanlılar var?

25 Noyabr 2017 11:35
0 Şərh     Baxış: 986
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Batumidəki Baş konsulluğu "Leogrand" mehmanxanasında baş vermiş yanğın zamanı xəsarət alanların arasında azərbaycanlıların olub-olmaması faktını araşdırır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov deyib.

Səfirin sözlərinə görə, hazırda baş konsul Rəşad İsmayılov hadisə yerindədir.

Qeyd edək ki, ötən gün Batumi şəhərində "Leoqrand" mehmanxanasında yanğın baş verib.

Hadisə nəticəsində 11 nəfər həlak olub, 21 nəfər isə yaralanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.