Hadisə

"KamAZ" və "Mercedes" toqquşub, 4 nəfər xəsarət alıb - YENİLƏNİB - VİDEO

22 Noyabr 2017 10:34
0 Şərh     Baxış: 1 194
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:34

Lənkəranda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan dörd nəfərin kimliyi məlum olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı xəsarət alanlar, minik avtomobilində olan Rusiya vətəndaşları Cəsarət Hafiz oğlu Hüseynov, 1960-cı il təvəllüdlü Şamama Rakif qızı Hüseynova, Lənkəranın Türkəkəran kənd sakini, 1976-cı il təvəllüdlü Nadir Əyyub Oğlu Əzizov və Astaranın Pensər kənd sakini Elduzə Sabir qızı Dadaşovadır.

Xəsarət alanlar Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, müalicələri davam etdirilir.

Hadisəyə səbəb kimi "Mercedes" markalı avtomaşının sürücüsünün idarəetməni itirməsi və minik avtomobilinin arxadan "KamAZ"a çırpılması göstərilir.

Fakt araşdırılır.

----------

08:49

Lənkəranda yük maşını ilə minik avtomobili toqquşub, 4 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. "KamAZ" markalı yük və  "Mercedes" markalı minik avtomobilləri toqquşub,  nəticədə 4 nəfər ağır xəsarət alaraq Lənkəran rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Qəzanın səbəbləri və xəsarət alan şəxslərin kimliyi müəyyənləşdirilir.  

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Dəhşətli qəzada Rusiya vətəndaşları olmaqla 4 nəfər yaralandı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.