Hadisə

Abşeronda mal-qaranı axtararkən yola çıxan bacı-qardaşı maşın vurub, biri ölüb - YENİLƏNİB

22 Noyabr 2017 10:12
1 Şərh     Baxış: 2 307
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:12

Abşeron rayonunda bir piyadanın ölümü, digərinin isə yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində 1965-ci il təvəllüdlü Dünyamalıyev Nuşirəvan Xansuvar oğlu və bacısı Dünyamalıyeva Qiymət Xansuvar qızı yolu keçmək istəyən zaman baş verib.

Hadisəni "Mercedes" markalı avtomobil ilə hərəkətdə olan Dünyamalıyev Ceyhun törədib. Sürücü hər iki yaralını 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırsa da, həkimlər N.Dünyamalıyevin həyatını xilas edə bilməyiblər. Digər yaralının da vəziyyəti ağırdır.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Sürücü saxlanılıb.

Hadisə bacı və qardaş örüşdən geri qayıtmayan iki iribuynuzlu heyvanı axtaran zaman qeydə alınıb. Hadisəni törədən sürücü də onların qohumu çıxıb.

-----------

08:37

Abşeronda avtomobil bacı-qardaş olan iki piyadanı vurub, onlardan biri keçinib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "Mercedes" markalı avtomobil yolu keçən 1965-ci il təvəllüdlü Dünyamalıyev Nuşirәvan Xansuvar oğlu və onun bacısı 1957-ci il təvəllüdlü Dünyamalıyeva Qiymәt Xansuvar qızını vurub. İkisi dә sürücü tərəfindən təcili 1 saylı şəhər xәstәxanasına gәtirilsә dә, N.Dünyamalıyev orada keçinib. Qadın isә reanimasiya şöbәsinә yerlәşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.