Hadisə

Goranboyda yol qəzası nəticəsində yaralanan 13 nəfərdən biri ölüb - YENİLƏNİB - VİDEO - FOTO

21 Noyabr 2017 22:16
1 Şərh     Baxış: 3 809
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:16

Goranboy rayonunda baş vermiş ağır yol qəzası nəticəsində yaralanan 13 nəfərdən biri dünyasını dəyişib.

Milli.Az report.az-a istinadən bildirir ki, 2010-cu il təvəllüdlü Goranboy rayon sakini Nicat Əliyev xəstəxanaya aparılarkən yolda keçinib.

Daha 2 yaralı oğlan uşağının özəl xəstəxanaya köçürüldüyü bildirilir.

* * * 

Goranboy rayonunda yol qəzası nəticəsində yaralananların sayı 13 nəfərə çatıb. 

Daha 4 yaralı Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına aparılıb.

Qəza nəticəsində sərnişinlərdən biri, Goranboy rayonunun Kələk kənd sakini, 2003-cü il təvəllüdlü Kənan Novruz oğlu Məmmədov şok vəziyyətinə düşüb. Hazırda Goranboy Rayon Mərkəzi Xəstəxanasında onun müalicəsi davam etdirilir.

Artıq yaralananlardan 8-nin adı məlum olub. Bunlar aşağıdakılardır: 

Orxan Sərvan oğlu Süleymanov (1997)

Şəbnəm Sabit qızı Quliyeva (1999)

Sadəgül Həsən Qızı Bayramova (1991)

Nüşabə Məmmədova (1988)

Ramin Nazim oğlu Əliyev (1986)

Hüseyn Sadiq oğlu Quliyev (2002)

Şəbnəm Mehman Qızı (1992)

Kənan Novruz oğlu Məmmədov (2003)

20:20

Goranboy rayonunda ağır yol qəzası baş verib. 

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, toy mərasimindən çıxan "OKA", "Zaporojets" və "VAZ" markalı avtomobillər Bəşirabad-Dəliməmmədli yolunda toqquşub. Nəticədə içərisində uşaqların da olduğu 13-dən çox adam yaralanıb. Onlardan biri, Kələk kənd sakini Şəbnəm Mehmanqızı və 2 uşağın vəziyyətinin ağır olduğu bildirilir. Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Qəza nəticəsində sərnişinlərdən biri, 15-16 yaşlı oğlan şok vəziyyətinə düşüb. Hazırda Goranboy Rayon Mərkəzi Xəstəxanasında onun müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Goranboyda yol qəzası nəticəsində yaralanan 13 nəfərdən biri ölüb

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.