Hadisə

Yol polisi türkiyəli yazara pul təklif etdi: “Yoxundursa, verim”

21 Noyabr 2017 12:53
8 Şərh     Baxış: 3 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yavru vətən Kıbrısdırsa, "Qardaş Vətən Azərbaycandır".

Bu sözləri Türkiyədə dərc olunan "Göy Türk" qəzetinin baş redaktoru, yazar Mehmet Turaçcı Bakı ilə bağlı 3 günlük səfərinin təəssüratlarını bölüşərkən yazıb. O, Bakıda ilk dəfə tanış olduğu insanların ətrafında özünü yad hiss etmədiyini deyib. "Mənə uzaqdan gələn qohumları kimi yaxınlıq göstərmələrindən çox sevindim. Sevincimi ifadə edəcək söz tapmıram. Can Azərbaycan, doğrudan da, "Qardaş Azərbaycanmış", - deyə yazıb.

M.Turaçcı xüsusən, Azərbaycan polisi ilə aralarında yaşanan dialoqu unutmadığını yazıb: "Bakı ziyarətim Heydər Əliyev adına hava limanından kirayələdiyim maşınla başladı. Bakının geniş bulvarının ətrafında irəliləyərkən istəmədən qaydaları pozdum. Qayda pozduğumu da ancaq yol polisi saxlayandan sonra anladım. Səhvimi biləndən sonra üzr istədim.

Türk olduğumu bilən polis haralı olduğumu soruşdu. Adanalı olduğumu dedim. O, "Adanasporu", "Adana Dəmirspor"un keçmiş oyunçusu Poteni tanıdığını dedi. Polislə ayaqüstü uzun-uzun söhbət etdik. Ayrılanda ona "Adanaspor"un formasını göndərmək istədim və ünvanını öyrəndim. Yol polisi ayrılanda mənə dedi ki, "Qardaş, pulun var? Yoxdursa, verim. Biz qardaşıq, yoxdursa, çəkinmə de!" - deyə M.Turaçcı qeyd edib./publika.az

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.