Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində olan 3 otaqlı mənzilin, hamam otağının lambirdən ibarət tavanı 4 m2 sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Milli.Az