Hadisə

Türkiyədə partlayış zamanı ölən tələbənin meyiti Azərbaycana gətirildi - FOTO - YENİLƏNİB

17 Noyabr 2017 15:05
24 Şərh     Baxış: 6 133
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:05

Türkiyədə partlayış zamanı ölən tələbənin meyiti Azərbaycana gətirilib.

Milli.Az report.az-a istinadən bildirir ki,  İzmirdə kirayə qaldığı evdə qaz sobasınını partlaması nəticəsində dünyasını dəyişən Murad Etibar oğlu Allahverdiyevin meyiti dəfn edilməsi üçün Samux rayonunun Qarabağlılar kəndində gətirilib. 

Onun meyiti ailəsinə təhvil verilib. 

-----------

12:27

Türkiyədə azərbaycanlı tələbə partlayış zamanı ölüb. 

Milli.Az xəbər verir ki, bu barədə report-a dünyasını dəyişən tələbənin qohumları məlumat veriblər.
Məlumata görə, Samux rayonunun Qarabağlılar kənd sakini, 1968-ci il təvəllüdlü İsrafil Etibar oğlu Allahverdiyev və onun həyat yoldaşı 1972-ci il təvəllüdlü Aynurə Əşrəf qızı Allahverdiyeva Türkiyədə təhsil alan övladlarına baş çəkmək üçün ora gediblər.

Onların qaldığı evdə qaz partlayıb. Hər iki valideyn yanıq xəsarətləri alıb, onların övladı isə aldığı xəsarətlərdən Türkiyədə dünyasını dəyişib. Valideynlər Azərbaycana gətirilib. Ağır yanıq xəsarətləri alan İ.Allahverdiyevin vəziyyəti pisləşib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.