Hadisə

İranda zəlzələ qurbanları arasında Azərbaycan vətəndaşı var? - AÇIQLAMA

15 Noyabr 2017 17:32
0 Şərh     Baxış: 1 696
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Noyabrın 12-də İranın İraqla sərhədində baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı bu günə kimi artmaqda davam edir.

Milli.Az xəbər verir ki, Trend-in zəlzələ qurbanlarının artması fonunda zərərçəkənlər arasında Azərbaycan vətəndaşlarının olub-olmaması ilə bağlı sualına cavab olaraq Azərbaycanın İrandakı səfirliyindən bildiriblər ki, həlak olanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

Qeyd edək ki, noyabrın 12-də İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 474, yaralıların sayı isə 9388 nəfərə çatıb.

Xatırladaq ki, zəlzələ güclü olduğundan yeraltı təkanlar hətta Azərbaycan, Küveyt, BƏƏ-də də az bal gücündə hiss olunub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.