Hadisə

Masallıda telefon oğrusu yaxalandı

13 Noyabr 2017 19:38
2 Şərh     Baxış: 752
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Masallıda telefon oğrusu yaxalanıb.

Milli.Az bildirir ki, DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, noyabrın 10-da gecə saat 1 radələrində Masallı Rayon Polis şöbəsinə şəhərin Qaradağ küçəsində yerləşən mobil telefon mağazasından oğurluq edilməsi ilə bağlı müraciət daxil olub.

Aparılan əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Masallı şəhər sakini Cavid Sadıqov saxlanılıb.

Araşdırmalarla əvvəllər məhkum olunmuş bu şəxs törətdiyi əməli etiraf edib. O, mağazaya plastik qapının şüşəsini sındırmaq yolu daxil olduğunu, oradan isə 2 ədəd mobil telefon və 55 manat götürdüyünü etiraf edib. Oğurladığı 1 ədəd "Nokia N 78" və 1 ədəd "Samsung C 100" markalı mobil telefonlar ondan maddi sübut kimi götürülüb.

Lakin istintaq zamanı C.Sadıqovun digər oğurluğu da üzə çıxıb. Məlum olub ki, o, keçən il avqust ayının 26-da axşam saatlarında Masallı rayonunun Şərəfə kəndindəki evlərdən birinə də qanunsuz yolla daxil olaraq oradan 200 manat oğurlayıb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.