Hadisə

Sabirabadda “Kamaz” aşdı, sürücü yaralandı

22 Oktyabr 2017 10:57
0 Şərh     Baxış: 1 141
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabirabadda yük maşınının aşması nəticəsində sürücü xəsarət alıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Şəhriyar kəndi ərazisində qeydə alınıb.

Hacıqabul sakini, 30 yaşlı Pərviz Hidayət oğlu Talıbov idarə etdiyi "Kamaz" markalı yük maşını ilə magistral yolda hərəkətdə olarkən anidən idarəetməni itirib, maşın yolun kənarına aşıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.